​İŞİD Suriyanın qədim Palmir şəhərinin bir hissəsini ələ keçirib

​İŞİD Suriyanın qədim Palmir şəhərinin bir hissəsini ələ keçirib Suriya mədəni irs təşkilatının başçısı: "Onlar Palmiri ələ keçirsə, bu qədim şəhəri məhv edəcəklər"
Digər ölkələr
20 May , 2015 17:56
​İŞİD Suriyanın qədim Palmir şəhərinin bir hissəsini ələ keçirib

Bakı. 20 may. REPORT.AZ/ İŞİD silahlıları Suriyanın qədim Palmir şəhərinin üçdə bir hissəsini ələ keçiriblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları üzrə Müşahidə Şurası məlumat yayıb.

Xəbərə görə, bu şəhəri ələ keçirmək uğrunda terrorçular bir neçə gündür döyüşür.

Qeyd edək ki, bu şəhər YUNESKO-nun mədəni irsi siyahısına daxildir. Suriya mədəni irs təşkilatının başçısı deyib ki, İŞİD Palmiri ələ keçirsə, bu qədim şəhəri məhv edəcək.

Son xəbərlər

Orphus sistemi