​İŞİD Suriyada bir sıra yaşayış məntəqələrini ələ keçirib

​İŞİD Suriyada bir sıra yaşayış məntəqələrini ələ keçirib Hazırda ayrı-ayrı ərazilərdə ağır döyüşlərin getdiyi bildirilir
Digər ölkələr
29 May , 2016 00:39
​İŞİD Suriyada bir sıra yaşayış məntəqələrini ələ keçirib

Bakı. 29 may. REPORT.AZ/ İŞİD terror qruplaşması Suriyanın Hələb vilayəti yaxınlığında Suriya Azadlıq Ordusunun mövqelərinə hücum edib.

“Report” xarici mətbuata istinadən məlumat verir ki, terrorçular vilayətin yaxınlığındakı bir sıra yaşayış məntəqələrini ələ keçirib.

Hazırda ayrı-ayrı ərazilərdə ağır döyüşlərin getdiyi bildirilir. 

Yerli mətbuat terrorçuların 5 yaşayış məntəqəsinə nəzarət etdiyini xəbər verib. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi də təsdiqləyib

Son xəbərlər

Orphus sistemi