"Report" xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Rəsədxanası məlumat yayıb.
2014-cü il 28 iyun - 27 dekabr tarixləri aralığında 1175 nəfər İŞİD terrorçularının qurbanı olub. Onların arasında dörd uşaq və səkkiz qadının olduğu bildirilir. Rəsədxananın məlumatına görə, dinc sakinlər başları kəsilərək yaxud güllələnərək öldürülüblər.
Terrorçular hökumət qüvvələri ilə toqquşmalar zamanı əsir düşən 500-dən artıq insanı edam ediblər.
Rəsədxana əməkdaşları ölənlərin real sayının sənəd üzərində göstəriləndən çox olduğunu ehtimal edirlər.