​İŞİD sıralarında əcnəbi döyüşçülərin sayı 25 minə çatıb

​İŞİD sıralarında əcnəbi döyüşçülərin sayı 25 minə çatıb 2014-cü ilin ortaları ilə müqayisədə 2015-ci ildə onların sayı 71% çoxdur
Digər ölkələr
2 Aprel , 2015 16:11
​İŞİD sıralarında əcnəbi döyüşçülərin sayı 25 minə çatıb

Bakı. 2 aprel. REPORT.AZ/ İŞİD və "əl-Qaidə"nin Suriya və İraqdakı qüvvələrinə qoşulan xarici ölkə vətəndaşlarının sayı 25 minə çatıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin bu terror təşkilatları haqda hesabatında bildirilib.

BMT Təhklükəsizlik Şurasının "əl-Qaidə"yə sanksiyalar tətbiq edən kömitəsinin hesabatına görə, İraq və Suriyaya döyüşmək üçün gedən əcnəbilərin sayı 2014-cü ilin ortaları ilə müqayisədə 2015-ci ildə 71% artıb.

Sənəddə bildirilib ki, son zamanlar yüzdən artıq ölkədən 25 min döyüşçü bölgəyə gedərək İŞİD-ə və "əl-Qaidə"yə bağlı qruplara qoşulub.

Hesabata əsasən, Suriya və İraqa gedən 20 mindən çox insanın əksəriyyəti İŞİD-ə, bir qismi isə "ən-Nusra" cəbhəsinə qoşulurlar.

BMT Təhlükəsizlik Şurası İŞİD məğlubiyyətə uğradılacağı halda döyüş təlimi görmüş terrorçuların dünyaya səpələnəcəyi və qanunsuz təşkilatlara qoşulacağı ilə bağlı da xəbərdarlıq çağırışı edib. 

Son xəbərlər

Orphus sistemi