Yuxarı
    Bağlamaq

    İŞİD qruplaşmasının iki yüzdən çox terrorçusu PKK-ya qoşulub

    Bununla bağlı terrorçu PYD və YPG qruplaşmalarının nəzarəti altında olan Menbiç bölgəsində təntənəli tədbir keçirilib

    Bakı. 29 noyabr. REPORT.AZ/ İŞİD qruplaşmasının 260 silahlısı terrorçu PKK sıralarına qoşulub.

    “Report” "Haber-7"yə istinadən xəbər verir ki, bu haqda Suriya Azdlıq Ordusu məlumat yayıb.

    İnformasiyaya görə, Suriya Azadlıq Ordusu ölkənin Əl-Bab bölgəsinin şərqindəki Acemiyah yaşayış məntəqəsini terrorçulardan təmizləyib. Bununla da terrorçu PKK-nın Əl-Baba yolu kəsilib. Bundan sonra terrorçu İŞİD silahlıları ABŞ hərbçilərinin razılığı ilə PKK sıralarına keçiblər. 

    Məlumata görə, 260 terrorçu Suriyadakı PYD və YPG-nin (terrorçu PKK-nın Suriyadakı qolları) sıralarına qatılıblar. Bununla bağlı PYD və YPG-nin nəzarəti alıntda olan Menbiç bölgəsində təntənəli tədbir keçirilib.

    Qeyd edək ki, ABŞ-ın hərbi nümayəndələri YPG və PYD-nin Menbiçdən çıxdığını bildirsə də, onlar hələ də həmin ərazidə qalmaqdadırlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi