Yuxarı
    Bağlamaq

    İŞİD Londonda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb

    Bu barədə SITE saytı məlumat yayıb

    Bakı. 15 sentyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması Londonda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.

    "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan "SITE" saytı məlumat yayıb.

    Qeyd edək ki, cümə günü səhər Londonun qərbindəki "Parsons Green" stansiyasında partlayış törədilib. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb. Şahidlərin sözlərinə görə, əldəqayırma partlayıcı qurğu tam gücü ilə olmamaqla işə düşüb.

    Hadisə zamanı 29 nəfər yaralanıb. Onların həyatına təhlükə olmadığı bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi