İŞİD-lə döyüşlərdə 7 Suriya hərbçisi və 11 "Hizbullah" döyüşçüsü ölüb

İŞİD-lə döyüşlərdə 7 Suriya hərbçisi və 11 "Hizbullah" döyüşçüsü ölüb Döyüşlər Suriyanın Qərbi Qələmun regionunda baş verib
Digər ölkələr
29 Avqust , 2017 00:16
İŞİD-lə döyüşlərdə 7 Suriya hərbçisi və 11 Hizbullah döyüşçüsü ölüb
Foto: RİA Novosti

Bakı. 29 avqust. REPORT.AZ/ Suriyanın qərb hissəsində yerləşən Qərbi Qələmun bölgəsində İŞİD terror qruplaşması yaraqlıları ilə gedən döyüşlərdə 7 yerli hərbçi və Livanın "Hizbullah" hərəkatının 11 döyüşçüsü həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Hizbullah" liderinə istinadən "Reuters" məlumat yayıb.

Bundan əvvəl Suriya ordusu və "Hizbullah" hərəkatı döyüşçülərinin Suriya və Livan sərhədini tam olaraq İŞİD terror qruplaşmasından azad etdiyi xəbər verilib.

Son xəbərlər

Orphus sistemi