İŞİD-in səhra komandirlərindən biri Əfqanıstanda hava zərbələri zamanı məhv edilib

İŞİD-in səhra komandirlərindən biri Əfqanıstanda hava zərbələri zamanı məhv edilib Yaraqlıların Vardak əyalətinin ərazisində aşkar edilən mövqelərinə hava hücumları nəticəsində qruplaşmanın təxminən 10 üzvü öldürülüb
Digər ölkələr
31 May , 2016 16:59
İŞİD-in səhra komandirlərindən biri Əfqanıstanda hava zərbələri zamanı məhv edilib

Bakı. 31 may. REPORT.AZ/ İŞİD-in səhra komandirlərindən biri Əfqanıstan paytaxtı Kabilin yaxınlığında hava zərbələri zamanı məhv edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, yaraqlıların Vardak əyalətinin ərazisində aşkar edilən mövqelərinə hava hücumları nəticəsində ümumilikdə qruplaşmanın təxminən 10 üzvü, o cümlədən İŞİD-in bu regionda fəaliyyət göstərən qanadlarından birinin rəhbəri öldürülüb.

Terror qruplaşmasının üzvlərinin mövqelərinə zərbələr Əfqanıstan paytaxtı Kabildən cəmi 35 km-lik məsafədə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi