Yuxarı

İŞİD-in "paytaxtı" uğrunda qızğın döyüşlər aparılır

Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiya və Rusiya təyyarələrinin müşayiəti ilə Suriyanın hökumət qüvvələri strateji əhəmiyyət...

Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiya və Rusiya təyyarələrinin müşayiəti ilə Suriyanın hökumət qüvvələri strateji əhəmiyyətli Rakka şəhəri uğrunda qızğın döyüşlər aparır. 400 min əhalisi olan bu şəhər terrorçu İŞİD qruplaşmasınln nəzarəti altına ötən il keçib.

"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, İŞİD-in 14 yaşından yuxarı oğlan və kişilərin səfərbər edilməsi göstərişindən sonra şəhərdə islamçı döyüşçülərin sayı artıb.

2014-cü ilin yanvarında Rakka İŞİD tərəfindən ələ keçirilməsindən sonra şəhər sakinləri su, elektrik və ərzaqla təmin edilib. Bunun məqsədi qrupa dəstək toplamaq olub.

Şəhər elektrik enerjisi ilə gündə bir neçə saat təmin edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi