İŞİD-in sabiq lideri Əbu Bəkr əl-Bağdadinin müavini yaxalanıb - FOTO

İŞİD-in sabiq lideri Əbu Bəkr əl-Bağdadinin müavini yaxalanıb - FOTO Kərkükdə İŞİD-in öldürülmüş sabiq lideri Əbu Bəkr əl-Bağdadinin əmisi oğlu və müavini, İbn Haldun kimi tanınan Hamid Şakir Sabaa əl-Bədri yaxalanıb.
Digər ölkələr
4 Dekabr , 2019 00:33
İŞİD-in sabiq lideri Əbu Bəkr əl-Bağdadinin müavini yaxalanıb - FOTO

Kərkükdə İŞİD-in öldürülmüş sabiq lideri Əbu Bəkr əl-Bağdadinin əmisi oğlu və müavini, "İbn Haldun" kimi tanınan Hamid Şakir Sabaa əl-Bədri yaxalanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın güc strukturlarına istinadən "As-Sumariya" telekanalı bildirib. 

İbn Xaldun Salah-ed-Din əyalətində "hərbi əmir" hesab edilib və kəşfiyyatla məşğul olub. Qeyd edilir ki, o, Bağdadinin zərərsizləşdirilməsindən sonra ən çox axtarılan ekstremistlərdən biri idi.

Terrorçu icarəyə götürülən mənzildə gizlənib. O, həmin evdə saxta sənədlə - Şaalyan Obeyd adı altında yaşayıb.

Son xəbərlər

Orphus sistemi