Yuxarı
    Bağlamaq

    ​İŞİD-in Əfqanıstandakı liderlərindən biri öldürülüb

    Xüsusi xidmət orqanlarının dəstəyi ilə gerçəkləşdirilən hava zərbələri nəticəsində İŞİD-in 30 silahlısı zərərsizləşdirilib

    Bakı. 11 iyul. REPORT.AZ/ İŞİD-in liderlərindən biri Hafiz Səid Əfqanıstanın şərqində Nanqahar əyalətində Əfqanıstan-Pakistan sərhədində öldürülüb.

    "Report" "BBC"-yə istinadən xəbər verir ki, bunu Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi bildirib.

    Xəbərə görə, ölkə xüsusi xidmət orqanlarının dəstəyi ilə iyulun 11-də gerçəkləşdirilən hava zərbələri nəticəsində İŞİD-in 30 silahlısı zərərsizləşdirilib.

    İŞİD Hafiz Səidin öldürülməsini hələ təsdiqləməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi