​İŞİD-in 9 ayda qətlə yetirdiyi dinc suriyalıların sayı açıqlanıb

​İŞİD-in 9 ayda qətlə yetirdiyi dinc suriyalıların sayı açıqlanıb Bu terrorçu qruplaşma qətlləri ya başın üzülməsi, ya daşqalaq, ya da güllələməklə həyata keçirir
Digər ölkələr
28 Aprel , 2015 18:46
​İŞİD-in 9 ayda qətlə yetirdiyi dinc suriyalıların sayı açıqlanıb

Bakı. 28 aprel. REPORT.AZ/ 2014-cü ilin iyunundan 2015-ci ilin martınadək İŞİD silahlıları Suriyada 2154 dinc sakini öldürüb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Şurası hesabat yayıb.

Məlumata görə, İŞİD qətlləri ya başın üzülməsi, ya daşqalaq, ya da güllələməklə həyata keçirir.

"Biz BMT Təhlükəsizlik Şurasını Suriya xalqının oğullarının qətlinin qarşısının alınması üçün təcili tədbirlər görməyə çağırırıq", - Şura bildirib. 

Son xəbərlər

Orphus sistemi