Yuxarı
    Bağlamaq

    İŞİD əl-Bağdadinin ölümünü təsdiqləyib

    İŞİD-in bəyantına görə, artıq onun varisi də seçilib

    Bakı. 11 iyul. REPORT.AZ/ İŞİD terror qruplaşması liderinin - Əbu Bəkr əl-Bağdadinin ölüm xəbərini təsdiq edib.

    "Report" xəbər verir ki, bu barədə İraqın "Alsumaria" telekanalı məlumat yayıb.

    Kanalın məlumata görə, terrorçular qısa bəyanatla çıxış edib, liderlərinin ölüm xəbərini təsdiqləyiblər. Eyni zamanda, telekanalın anonim mənbəyi bildirib ki, İŞİD-in bəyanatında əl-Bağdadinin varisinin seçildiyi də qeyd olunub, amma ad çəkilməyib.

    Qeyd edək ki, əl-Bağdadinin ölümü ilə bağlı məlumatlar KİV-də dəfələrlə, o cümlədən iyunun əvvəlində yayılıb. Ehtimal olunur ki, qruplaşma rəhbəri Rəqqaya aviahücum zamanı öldürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi