İraqın baş naziri: “ABŞ-a İŞİD-ə qarşı mübarizənin əvəzini neftimizlə ödəməyəcəyik”

İraqın baş naziri: “ABŞ-a İŞİD-ə qarşı mübarizənin əvəzini neftimizlə ödəməyəcəyik” Heydər əl-İbadi ABŞ-ın yeni seçilən lideri ilə telefonla danışdığını vurğulayıb
Digər ölkələr
29 Noyabr , 2016 14:25
İraqın baş naziri: “ABŞ-a İŞİD-ə qarşı mübarizənin əvəzini neftimizlə ödəməyəcəyik”

Bakı. 29 noyabr. REPORT.AZ/ "Terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə yardım etdiyinə görə ABŞ-a İraq nefti ilə ödəniş edilməyəcək".

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Heydər əl-İbadi bildirib.

Hökumət başçısı ABŞ-ın yeni seçilən prezidenti Donald Trampdan terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün maddi-texniki dəstəyin artırılmasını gözlədiklərini söyləyib.

O, ABŞ-ın yeni seçilən lideri ilə telefonla danışdığını da vurğulayıb.

Məlumata görə, Donald Tramp prezident seçkisi qabağı təbliğat kampaniyası zamanı ABŞ-ın İŞİD-ə qarşı mübarizədə İraqa yardımının əvəzini rəsmi Bağdadın neftlə ödəyəcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi