Yuxarı
    Bağlamaq

    İŞİD-dən qaçmış 17 indoneziyalı Cakartaya təhvil verilib

    Real həyatda qəddarlıqla və terrorla üzləşmiş indoneziyalılar özünü xilafət elan etmiş qruplaşmadan qaçmağa qərar veriblər

    Bakı. 10 avqust. REPORT.AZ/ İŞİD terror qruplaşmasının hakimiyyəti altında yaşamaq üçün Suriyanın terrorçulardan azad edilmiş Rakka şəhərinə gəlmiş İndoneziyanın 17 vətəndaşı bu ölkənin hakimiyyət orqanlarına təhvil verilib.

    "Report"un məlumatına görə, bu barədə "Associated Press" İndoneziyanın hakimiyyət orqanlarına istinadən xəbər verib.

    Suriya kürdlərinin nümayəndəsi Ömər Allouş bildirib ki, indoneziyalılar çərşənbə axşamı Suriya-İran sərhədinin keçid məntəqəsində təhvil verilib. Onun sözlərinə görə, aralarında kişilərin, qadınların və uşaqların olduğu indoneziyalılar onları evə qaytarmağı xahiş ediblər.

    İraqın hakimiyyət orqanları hələlik bu informasiyanı təsdiqləməyiblər.

    Agentliyin məlumatına görə, 17 nəfərdən ibarət indoneziyalı ailəsi Cakartanı tərk edərək Suriyaya gəliblər. Onlar İŞİD-in hakimiyyəti altında yaşamaq istəyiblər. Lakin real həyatda qəddarlıqla və terrorla üzləşmiş indoneziyalılar özünü xilafət elan etmiş qruplaşmadan qaçmağa qərar veriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi