İŞİD ABŞ-ın Ohayo Universitetinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb - VİDEO

İŞİD ABŞ-ın Ohayo Universitetinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb - VİDEO Nəticədə səkkiz nəfər xəsarət alıb
Digər ölkələr
30 Noyabr , 2016 00:47
İŞİD ABŞ-ın Ohayo Universitetinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb - VİDEO

Bakı. 30 noyabr. REPORT.AZ/ İŞİD terror təşkilatı ötən gün ABŞ-ın Ohayo Universitetinə edilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə terrorçularla əlaqəli olan "Amaq" saytına istinadən AFP məlumat yayıb.

Məlumata görə, hücum edən İŞİD-in "əsgərlərindən biri" olub. Hücum terrorçuların "beynəlxalq koalisiyaya daxil olan ölkələrin sakinlərinə hücum edin!" çağırışına cavab olaraq edilib. Hücum edən şəxs universitetin Somali əsilli tələbələrindən biri olub.

İnsident nəticəsində 8 nəfər xəsarət alıb. O, asayiş keşikçiləri tərəfindən öldürülüb.

Son xəbərlər

Orphus sistemi