"İrma" qasırğası Fransada dünyanın ən təhlükəli hava limanını dağıdıb - VİDEO

"İrma" qasırğası Fransada dünyanın ən təhlükəli hava limanını dağıdıb - VİDEO Hazırda aeroportda bütün reyslər təxirə salınıb
Digər ölkələr
7 Sentyabr , 2017 01:58
İrma qasırğası Fransada dünyanın ən təhlükəli hava limanını dağıdıb - VİDEO

Bakı. 7 sentyabr. REPORT.AZ/ Fransanın Sen-Marten adasında yerləşən şahzadə Yulian adına məşhur hava limanı "İrma" qasırğası nəticəsində dağılıb.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" xəbər verir.

Qasırğa adaya çərşənbə günü keçib. Hava limanının həm binası, xarici infrastrukturu, həm də təyyarələrin özləri dağıntılara məruz qalıb. Güclü külək onların çoxunu, ilk növbədə yüngül mühərriklilərini yaxınlıqdakı qayalığa atıb. Uçuş zolağını qum örtüb. Hava limanının binası ərazidəki mehmanxana kimi qismən dağılıb və su altında qalıb.

Hazırda hava limanında bütün reyslər təxirə salınıb.

Sen-Marten adasında bir çox digər binalar da qasırğa nəticəsində dağıntılara məruz qalıb. Əksər binaların dam örtüyü uçub, adada elektrik enerjisi kəsilib.

Son xəbərlər

Orphus sistemi