İrlandiyanın xarici işlər naziri Çarlz Flanagen deyib: "Fələstin dövlətinin tanınmasına prinsipcə etiraz yoxdur".
İsrailin Xarixi İşlər Nazirliyi isə parlamentin qərarını kəskin tənqid edərək, bildirib ki, bu qərar "porosesin dinc yolla həllinə yardım etməyəcək".
Xatırladaq ki, dekabrın 17-də Avropa Parlamenti də Fələstin dövlətinin tanınması məsələsini müzakirə edəcək. Bir müddət öncə İrlandiya hökuməti məsəsləyə dair qərarını Avroparlamentlə uzlaşdıracağını bildirmişdi.