İraqlı general: "İŞİD-in 700 silahlısı öldürülüb"

İraqlı general: "İŞİD-in 700 silahlısı öldürülüb" İsmail əl-Mahlyaui: "Bağdaddan 90 km qərbdə yerləşən Əl-Xaldiya şəhərinin azad edilməsi istiqamətində əməliyyat başlayıb"
Digər ölkələr
18 Avqust , 2016 12:57
İraqlı general: İŞİD-in 700 silahlısı öldürülüb

Bakı. 18 avqust. REPORT.AZ/ İraqın qərbindəki Anbar əyalətində davam edən əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 700-dən çox silahlısı zərərsizləşdirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İraq ordusunun bölgədəki silahlı qüüvələrinin komandanı, general İsmail əl-Mahlyaui bildirib.

"Bağdaddan 90 km qərbdə yerləşən Əl-Xaldiya şəhərinin azad edilməsi istiqamətində əməliyyat başlayıb. Əməliyyat nəticəsində İŞİD-in 700-ə yaxın silahlısı öldürülüb. Güc strukturları tərəfindən həmin yaşayış məntəqəsində daimi hərbi bölmələrin yerləşdirilməsi məqsədilə ərazidə terrorçulardan təmizlənmə əməliyyatı keçirilir ", - deyə general vurğulayıb.

Qeyd edək ki, Əl-Xaldiyə Anbar əyalətinin Ramadı və Əl-Fəlluca kimi iki böyük şəhərlərinin arasında yerləşir. Adıçəkilən yaşayış məntəqələri cari ildə İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələri tərəfindən təmizlənib.

Son xəbərlər

Orphus sistemi