İraqın Təlafər şəhəri tamamilə İŞİD-dən azad edilib

İraqın Təlafər şəhəri tamamilə İŞİD-dən azad edilib Hazırda şəhərdə təmizlik işləri aparılır
Digər ölkələr
27 Avqust , 2017 01:00
İraqın Təlafər şəhəri tamamilə İŞİD-dən azad edilib

Bakı. 27 avqust. REPORT.AZ/ İraqın Təlafər şəhəri tamamilə İŞİD-dən azad edilib.

"Report" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında İraq ordusunun iri ordu birləşməsinin briqada generalı Nacim Əl- Cabiri deyib.

O, bildirib ki, hazırda şəhərdə təmizlik işləri aparılır. Briqada generalının sözlərinə görə, Təlafərdə işğal altında heç bir yer qalmayıb. 

General qeyd edib ki, Təlafərin inzibati ərazisindən kənarda olan Əsgəri rayonu da təhlükəsizlik qüvvələri tərəfindən azad ediləcək.

İraq hərbçiləri və könüllüləri Təlafərin azad edilməsi əməliyyatını avqustun 20-dən davam etdirirdilər. Təlafər İŞİD-in İraq və Suriya ilə sərhəddəki sonuncu böyük istinadgahı idi. 

Son xəbərlər

Orphus sistemi