Yuxarı
    Bağlamaq

    İraqın Şimalındakı hökumət ölkənin Milli Neft Şirkətinə neft göndərməyi dayandırıb

    İraq parlamentinin komissiya sədri: Ərbil bu ilin iyulun 1-dən etibarən Bağdada neft vermir

    Bakı. 9 iyul. REPORT.AZ/ "İraqın Şimalındakı hökumət bu ilin iyulun 1-dən etibarən İraq Milli Neft Şirkətinə neft göndərməyib. Hasil və ixrac edilən nefti hamısını Ərbil (İraqın şimalının mərkəzi -"Report") satıb".

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İraq parlamentinin Təbii qaz və neft komissiyasının sədri Arəz Abdullah bildirib.

    O deyib ki, yaranmış vəziyyətə görə Ərbillə Bağdad arasında neft məsələsinə dair razılaşmanın bir mənası qalmayıb: "Parlamentdə İraqın neft naziri ilə şimal bölgəsinin təbii ehtiyatlar nazirinin bir araya gələrək, bu problemi həll etmələrini istədik. Kərkük və şimalda hasil edilən nefti Ərbil satır. Gündə 599 min barel neft ixrac edilir".

    İraq Konstitusiyasına əsasən, ölkənin dövlət büdcəsindən şimal bölgəsinə 17 % pay düşür. Bu isə ildə 17 milyard dollara bərabərdir. Ərbil isə bildirib ki, rəsmi Bağdad "büdcədə kifayət qədər maliyyə vəsaiti olmadığını" əsas göstərərək, həmin pulu bölgəyə vermir.

    Xəbərdə bildirilib ki, İraqın şimalındakı hökumət də İraq Milli Neft Şirkətinə neft göndərməməsini və neft satmasını bununla əsaslandırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi