İraqın şimalında İŞİD terrorçuları tutuldu

İraqın şimalında İŞİD terrorçuları tutuldu Terrorçuluğa qarşı əməliyyatın gedişatında İraqın şimalında İŞİD terror təşkilatının bir neçə silahlısı yaxalanıb.
Digər ölkələr
4 May , 2020 05:35
İraqın şimalında İŞİD terrorçuları tutuldu

Terrorçuluğa qarşı əməliyyatın gedişatında İraqın şimalında İŞİD terror təşkilatının bir neçə silahlısı yaxalanıb.

“Report”un mlumatına görə, bu barədə "Anadolu" agentliyinə Kərkük əməliyyatlarının komandanı Saad Harbie bildirib.

O, qeyd edib ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları şəhərin mərkəzində mənzillərdən birində reyd keçirib. Reydin gedişatında İŞİD-in dörd terrorçusu saxlanılıb. Onların çoxlu sayda döyüş sursatı və silahı müsadirə edilib.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ilin iyununda İraqın Mosul, Səlahəddin və Al-Anbar, həmçinin Diyala və Kerkuk əyalətlərinin bir hissəsini tutub.

Sonrakı illərdə ABŞ-ın başçılıq etdiyi İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyanın dəstəyi altında İraqın təhlükəsizlik qüvvələri həmin əyalətləri terrorçulardan təmizləməyə müvəffəq olub.

Son xəbərlər

Orphus sistemi