​İraqın şərqində bazarda baş verən partlayış qurbanlarının sayı 120-yə çatıb

​İraqın şərqində bazarda baş verən partlayış qurbanlarının sayı 120-yə çatıb Terror aktına görə məsuliyyəti "İslam Dövləti" qrupıaşması öz üzərinə götürüb
Digər ölkələr
18 İyul , 2015 17:18
​İraqın şərqində bazarda baş verən partlayış qurbanlarının sayı 120-yə çatıb

Bakı. 18 iyul. REPORT.AZ/ İraqın şərqindəki Bani Səad şəhərində bazarda baş verən partlayış qurbanlarının sayı 120 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən BBC teleradio şirkəti məlumat yayıb.

Bir qədər əvvəl 100-dən çox insanın öldüyü bildirilirdi.

BBC-nin məlumatına görə, terror aktı nəticəsində 130-dan çox adam yaralanıb. Öz növbəsində, Associated Press partlayış nəticəsində ən azı 170 nəfərin xəsarət aldığını deyib.

Cümə günü şəhər bazarında içərisinə bomba yerləşdirilən avtomobil partladılılıb. Partlayış insanların Ramazan ayının başa çatmasını qeyd etmək istədiyi zaman baş verib.

Terror aktına görə məsuliyyəti "İslam Dövləti" qrupıaşması öz üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi