İraqın qərbində 70-dən çox İŞİD terrorçusu məhv edilib

İraqın qərbində 70-dən çox İŞİD terrorçusu məhv edilib Döyüşlər nəticəsində terrorçuların üç qərargahı məhv edilib
Digər ölkələr
29 Oktyabr , 2017 06:44
İraqın qərbində 70-dən çox İŞİD terrorçusu məhv edilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ İraqın qərbində Anbar əyalətində döyüşlər nəticəsində 70-dən çox İŞİD terrorçusu məhv edilib. Belə bir bəyanatla İraq hərbi komandanlığı çıxış edib. Qeyd olunur ki, çərşənbə günündən davam edən döyüşlər nəticəsində terrorçuların üç qərargahı məhv edilib, yüzlərlə partlayıcı qurğu zərərsizləşdirilib. 

"Oktyabrın 26-dan Anbar əyaləti uğrunda gedən döyüşlərdə ən azı 75 terrorçu məhv edilib, partlayıcı qurğularla təchiz olunmuş 9 avtomobil zərərsizləşdirilib, 10-dək nəqliyyat vasitəsi, 378 bomba, üç komandanlıq qərargahı, dörd emalatxana, yeddi silah anbarı və rabitə qovşağı məhv edilib”,- komandanlığın yaydığı məlumatda deyilir. 

Son xəbərlər

Orphus sistemi