İraqda partlayış zamanı 6 nəfər öldürülüb, 30 nəfər yaralanıb - YENİLƏNİB

İraqda partlayış zamanı 6 nəfər öldürülüb, 30 nəfər yaralanıb - YENİLƏNİB İraqın paytaxtı Bağdadda partlayış zamanı ölənlərin sayı 6 nəfərə çatıb.
Digər ölkələr
16 Noyabr , 2019 03:36
İraqda partlayış zamanı 6 nəfər öldürülüb, 30 nəfər yaralanıb  - YENİLƏNİB

İraqın paytaxtı Bağdadda partlayış zamanı ölənlərin sayı 6 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı həmçinin 30 nəfər yaralanıb. Məlumata görə, partlayış hökumət əleyhinə aksiyanın keçirildiyi ərazinin yaxınlığında, "əl-Tayaran" meydanında, "Təhrir" meydanı yaxınlığında törədilib.

Bomba avtomobilə quraşdırılıb. 


***00:32

İraqda partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Bağdadda qeydə alınıb.

Əldəqayırma partlayıcı qurğunun partlayışı zamanı azı 2 nəfər həlak olub, daha 12 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatı açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi