İraqın kürd muxtariyyəti parlamentinin binası yaxınlığında atışma olub

Digər ölkələr
  • 29 oktyabr, 2017
  • 17:09
İraqın kürd muxtariyyəti parlamentinin binası yaxınlığında atışma olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ İraqın kürd muxtariyyətinin region başçısının səlahiyyətlərin bölünməsi haqqında qanun üzrə səsvermənin keçirildiyi parlament binası yaxınlığında atışma olub.

"Report" TASS-a istinadən xəbər verir ki, "Sky News Arabia" telekanalı bildirib.

Məlumata görə, İraqın kürd muxtariyyətinin təhlükəsizlik qüvvələri Məsud Barzani tərəfdarlarının parlamentə hücumu cəhdinin qarşısını alıb. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.