İraqın cənubunda 7 gündür hökumət əleyhinə etiraz aksiyaları davam edir

İraqın cənubunda 7 gündür hökumət əleyhinə etiraz aksiyaları davam edir Aksiyalar zamanı 4 nəfər xəsarət alıb
Digər ölkələr
15 İyul , 2018 15:55
İraqın cənubunda 7 gündür hökumət əleyhinə etiraz aksiyaları davam edir

Bakı. 15 iyul. REPORT.AZ/ İraqın cənub əyalətlərinin minlərlə sakini bazar günü iş yerləri açmaq, elektrik enerjisi və su çatışmazlığı ilə bağlı problemlərin həll edilməsi tələbi ilə şəhər küçələrinə çıxıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, tez-tez polis ilə toqquşmalara gətirib çıxaran hökumət əleyhinə nümayişlər artıq 7 gündür ki, davam edir.

Bazar günü nümayişçilər növbəti dəfə Bəsrə rəhbərliyinin binasına hücum ediblər. Cavab olaraq təhlükəsizlik qüvvələri havaya xəbərdarlıq atəşi açıblar və gözyaşardıcı qaz tətbiq ediblər.

Nəticədə 4 nəfər xəsarət alıb. Analoji vəziyyət Di-Kar və Kərbəla əyalətlərində də baş verib.

Baş nazir Heydər əl-Abadinin sərəncamına əsasən, güc strukturları tam döyüş hazırlığı vəziyyətinə gətiriliblər. Bəsrə, Kərbəla, Ən-Nəcəf və Maysan əyalətlərində komendant saatı tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi