İraqın baş naziri kürd muxtariyyəti başçısının təklifini rədd edib

İraqın baş naziri kürd muxtariyyəti başçısının təklifini rədd edib Heydər əl-İbadi: “Biz yalnız referendumun ləğvini və İraq Konstitusiyasına əməl edilməsini qəbul edirik”
Digər ölkələr
26 Oktyabr , 2017 12:13
İraqın baş naziri kürd muxtariyyəti başçısının təklifini rədd edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ “Biz yalnız referendumun ləğvini və İraq Konstitusiyasına əməl edilməsini qəbul edirik”.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bunu hazırda Tehranda səfərdə olan İraqın Baş nazir Heydər əl-İbadi deyib. 

Ölkəsinin şimalındakı Kürd Muxtar Əyalətinin başçısı Məsud Barzaninin sentyabrın 25-də bölgədə keçirilən “referendum”un nəticələrini dondurmağa hazır olamaları ilə bağlı təklifə münasibət bildirən İraqın hökumət başçısı vurğulayıb ki, yalnız referendum tam ləğv olunandan sonra muxtariyyətlə danışıqlar aparıla bilər.

Bu, rəsmi Bağdadın M.Barzaninin təklifinə ilk münasibətidir.

Xatırladaq ki, oktyabrın 25-də Məsud Barzani “referendum”u dondura biləcəkləri barədə dünya ictimaiyyətinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi