İraqın baş naziri ABŞ prezidenti ilə görüşəcək

İraqın baş naziri ABŞ prezidenti ilə görüşəcək Heydər əl-İbadi Birləşmiş Ştatlara səfər edəcək
Digər ölkələr
13 Mart , 2017 04:58
İraqın baş naziri ABŞ prezidenti ilə görüşəcək
Courtesy İmage

Bakı. 13 mart. REPORT.AZ/ "İŞİD hər gün İraqda yenilir. İraq hərbçiləri koalisiya qüvvələrinin dəstəyi ilə 50 min kvadratkilometrədək ərazini terrorçulardan azad edib".

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın İŞİD-lə mübarizə koalisiyasının xüsusi nümayəndəsi Brett MakQark Birləşmiş Ştatların İraqın paytaxtı Bağdad şəhərindəki səfirliyində jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, İŞİD-in bir zamanl işğal etdiyi ərazilərin yarıdan çoxu geri qaytarılıb. "Koalisiya qüvvələrinə aid təyyarələrlə edilən hücumlarla İŞİD-in rəhbər heyətindən 180 nəfər öldürülüb. Qruplaşmanın yardım yolları kəsilib və xarici döyüşçülərin axışına maneə törədilib" – deyə o əlavə edib.

Brett MakQarkın sözlərinə görə, İŞİD mühasirədədir və onun yenilməsi an məsələsidir. İraqa dəstəyin ABŞ-ın milli təhlükəsizliyinin əsas məsələlərindən olduğunu söyləyən MakQark "İraq ilə əlaqələrimiz davam edəcək" – deyə vurğulayıb.

ABŞ təmsilçisi həmçinin vurğulayıb ki, İraqın baş naziri Heydər əl-İbadi Birləşmiş Ştatlara səfər edəcək və prezident Donald Trampla görüşəcək. MakQark bunun "tarixi ziyarət" olacağını qeyd edib. 

Son xəbərlər

Orphus sistemi