İraqdakı Kürd Muxtariyyəti: "Müstəqillik referendumunun ləğvi haqqında qərara tabe olacağıq”

İraqdakı Kürd Muxtariyyəti: "Müstəqillik referendumunun ləğvi haqqında qərara tabe olacağıq” Bunu İraqın şimalındakı Kürd Muxtar Əyalətinin hökuməti bildirib
Digər ölkələr
14 Noyabr , 2017 12:46
İraqdakı Kürd Muxtariyyəti: Müstəqillik referendumunun ləğvi haqqında qərara tabe olacağıq”

Bakı. 14 noyabr. REPORT.AZ/ İraqın şimalındakı Kürd Muxtar Əyalətinin hökuməti mərkəzi hakimiyyətin sentyabrın 25-də muxtariyyətdə keçirilən "müstəqillik" referendumun nəticələrinin ləğv olunması barədə qərarına tabe olacağını açıqlayıb. 

“Report” “ahaber”ə istinadən xəbər verir ki, muxtariyyətin hökuməti bununla bağlı bəyanat yayıb.

“Referendumun ləğvi haqqında qərara tabe olacağıq. İraq Federal Məhkəməsinin ölkə konstitusiyasında heç bir bölgənin İraqdan ayrılma haqqının olmadığı ilə bağlı verdiyi qərara hörmətlə yanaşırıq. Bunu problemlərin həlli üçün əhatəli, milli bir dialoqa başlanmasını vacib sayırıq”, - deyə muxtariyyətin İraq Federal Məhkəməsinin qərarı ilə bağlı yaydığı bəyanatda vurğulanıb.

Kürd Muxtar Əyalətinin hökuməti problemlərin həlli üçün hər zaman konstitusiyanı müdafiə etdiklərini bildirib: “Bu yöndə istənilən təkliflərlə bağlı qərarımız qətidir. Ayətullahüzma Seyid Əli Sistaninin, iraqlı bəzi siyasətçilərin, İraq xalqının dostu olan ölkələrin problemlərin konstitusiyaya əsasən həlli məsələsində təkliflərini qəbul edirik. İraq Federal Məhkəməsinin konstitusiyanın ilk maddəsi ilə bağlı şərhinə hörmətlə yanaşırıq”.

Qeyd edək ki, İraq Federal Məhkəməsi Kürd Muxtar Əyalətinin ölkənin tərkibindən çıxmasının mümkünsüz olması barədə qərar qəbul edib. Məhkəmənin qərarına əsasən, İraq konstitusiyasında hər hansı bölgənin respublikanın tərkibindən çıxması haqqında maddə yoxdur.

Xatırladaq ki, bu il sentyabrın 25-də İraqın şimalındakı Kürd Muxtar Əyalətinin yerli hökumətinin təşəbbüsü ilə bölgənin “müstəqilliyi” barədə “referendum” keçirilmişdi. Heç bir dövlət və benəlxalq təşkilat "referendum"un nəticələrini tanımayıb.

Son xəbərlər

Orphus sistemi