İraqdakı etirazlar ölkəyə 6 milyard dollar maddi ziyan vurub

İraqdakı etirazlar ölkəyə 6 milyard dollar maddi ziyan vurub İraqın müxtəlif şəhərlərində bir aydan artıqdır keçirilən kütləvi etiraz aksiyaları nəticəsində ölkəyə 6 milyard ABŞ dollarına yaxın maddi ziyan dəyib.
Digər ölkələr
6 Noyabr , 2019 20:15
İraqdakı etirazlar ölkəyə 6 milyard dollar maddi ziyan vurub

İraqın müxtəlif şəhərlərində bir aydan artıqdır keçirilən kütləvi etiraz aksiyaları nəticəsində ölkəyə 6 milyard ABŞ dollarına yaxın maddi ziyan dəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin baş komandanının sözçüsü, briqada generalı Əbdül Kərim Xələf bildirib.

O, paytaxt Bağdadda və bir sıra şəhərlərdə davam edən etiraz nümayişlərinin iştirakçılarını zorakılıqdan, dövlət binalarına və sənaye müəssisələrinə, xüsusilə də neft sənayesi obyektlərinə zərər verməməyə çağırıb: “Ordumuz xarici neft şirkətlərinin ofislərinə hər hansı hücum hallarına yol verməyəcək. İraqlıların adi həyatını təmin edən körpüləri və yolları bağlamaq yolverilməzdir. Hərbi obyektlərə yaxınlaşmaq olmaz".

Son xəbərlər

Orphus sistemi