Yuxarı

İraqda törədilən partlayışda 50-dən çox polis həlak olub

Terror aktı minalanmış iki avtomobilin partlaması nəticəsində baş verib

Bakı. 7 may. REPORT.AZ/ İraqın Tikrit şəhərinin şərqində törədilən iki partlayış nəticəsində azı 50 polis həlak olub. "Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Xəbərə görə, terror aktı minalanmış iki avtomobilin partlaması nəticəsində baş verib. Hadisə barədə əlavə məlumat verilməyib. 

BMT-nin hesabatına əsasən, 2014-cü ildə İraqda terrorçuların həmləsi nəticəsində 12,3 min nəfər ölüb, 23 mindən çox sakin yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi