Yuxarı
    Bağlamaq

    İraqda terror aktı zamanı 10 iranlı zəvvar ölüb

    Zəvvarlar Samirə şəhərinə Əl-Əsqəri məscidini ziyarət üçün gediblər

    Bakı. 6 noyabr. REPORT.AZ/ İraqın Samirə şəhərində törədilmiş terror aktı nəticəsində 10 iranlı zəvvar həyatını itirib.

    "Report" ISNA-ya istinadən xəbər verir ki, şiə zəvvarlar Samirə şəhərindəki Əl-Əsqəri məscidini ziyarət etməyə gəliblərmiş.

    Zəvvarlar turist avtobusuna əyləşən zaman terrorçu nəqliyyat vasitəsinə yaxınlaşıb və partlayıcı qurğunu işə salıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi