Yuxarı

​İraqda terror aktı nəticəsində 70 nəfər ölüb, 100 nəfər yaralanıb

Partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

Bakı. 28 fevral. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın şərqində törədilən iki terror aktı nəticəsində 70 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ölü və yaralıların yerləşdirildiyi paytaxt xəstəxanalarının əməkdaşlarına və polisə istinadən "Reuters" məlumat yayıb.

İki partlayış şiələrin məskunlaşdığı Mədinət-əs-Sədr məhəlləsində baş verib. Bəzi məlumatlara görə, əvvəlcə bomba partlayıb, bir neçə dəqiqədən sonra isə terrorçu-kamikadze kütlənin içərisində ikinci partlayışı törədib. Digər məlumatlara görə isə, terror aktlarını iki kamikadze törədib.

Partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi