​İraqda səhvən atılan bomba nəticəsində 22 əsgər həlak olub

​İraqda səhvən atılan bomba nəticəsində 22 əsgər həlak olub İnsident Ramadi şəhərinin kənarında baş verib
Digər ölkələr
12 Mart , 2015 22:28
​İraqda səhvən atılan bomba nəticəsində 22 əsgər həlak olub

Bakı. 12 mart. REPORT.AZ/ İraqın qərbində yerləşən Ənbar əyalətində havadan endirilən zərbələr nəticəsində 22 İraq əsgəri həlak olub.

"Report" xəbər verir ki, bu barədə İraq hərbçilərinə istinadən "Reuters" məlumat yayıb.

İnsidentin Ramadi şəhərinin kənarında baş verdiyi qeyd olunur. Mənbənin məlumatına görə, bomba "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı mübarizə aparan koalisiya qüvvələrinə məxsus təyyarə tərəfindən səhvən atılıb.

Son xəbərlər

Orphus sistemi