Yuxarı
    Bağlamaq

    ​İraqda partlayış nəticəsində 23 hərbçi ölüb

    Hadisə məsciddə baş verib

    Bakı. 6 yanvar. REPORT.AZ/ İraqın Ənbar əyalətində terrorçu-kamikadzelərin həmləsi nəticəsində təhlükəsizlik qüvvələrinin 23 əməkdaşı ölüb, daha 21 nəfər isə yaralanıb.

    "Report" "France Presse" agentliyinə istinadən xəbər verir ki, hərbçilər əyalətin əl-Cubba məscidində olarkən terrorçular ora həmlə edib.

    Bu bölgə ABŞ-ın hərbi aviabazasının yerləşdiyi Eyn əl-Əsədin yaxınlığındadır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi