Yuxarı

​İraqda partlayış nəticəsində 14 nəfər həlak olub

Terror aktı nəticəsində 37 nəfər yaralanıb

Bakı. 07 İyun. REPORT.AZ/ Bağdadın 70 km-də yerləşən Bələd-Ruz şəhərində bazarın yaxınlığında minalanmış avtomobilin partlaması nəticəsində 14 nəfər ölüb, 37 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə həkimlərə istinadən "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.

Terror aktı nəticəsində, həmçinin bir neçə maşın və mağaza zərər çəkib.

Heç bir qruplaşma hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi