İraqda nümayişçilər İranın Bəsrədəki Baş Konsulluğunun binasını yandırıblar

İraqda nümayişçilər İranın Bəsrədəki Baş Konsulluğunun binasını yandırıblar Bakı. 7 sentyabr. REPORT.AZ/ İranın İraqın Bəsrə şəhərindəki Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirilib.
Digər ölkələr
7 Sentyabr , 2018 20:55
İraqda nümayişçilər İranın Bəsrədəki Baş Konsulluğunun binasını yandırıblar

Bakı. 7 sentyabr. REPORT.AZ/ İranın İraqın Bəsrə şəhərindəki Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirilib. 

“Report”un “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, yüzlərlə nümayişçi diplomatik korpusun binasını ələ keçirərək od vurublar. 

Xəbərdə vurğulanıb ki, bu gün 20 min nəfər sosial problemlərə etiraz olaraq küçələrə axışaraq Bəsrə valiliyinin binasını da yandırıblar.

Məlumat hələlik rəsmi şəkildə təsdiq olunmayıb.

Son xəbərlər

Orphus sistemi