İraqda kamikadze avtomobili partladıb: ölənlər var

Digər ölkələr
  • 19 may, 2017
  • 17:19
İraqda kamikadze avtomobili partladıb: ölənlər var
Foto: AFP

Bakı. 19 may. REPORT.AZ/ İraqda kamikadzenin avtomobili partlatması nəticəsində bir neçə nəfər həlak olub.

"Report"un məlumatıına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin cənubunda, Bəsra vilayətində, nəzarət-buraxılış məntəqəsində qeydə alınıb. Avtomobilin partladılması nəticəsində ölənlərdən  2-i hərbçilərdir. Hadisə zamanı habelə avtobusda olan bir neçə dinc sakin də həlak olub.