Yuxarı

​İraqda iki partlayış nəticəsində 33 nəfər ölüb

İki minalanmış avtomobil partlayıb

Bakı. 1 May. REPORT.AZ/ Bu gün İraqın cənubunda yerləşən Əs-Səməva şəhərində baş verən iki partlayış nəticəsində ən azı 33 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Franc Press" məlumat yayıb.

Məlumata görə, şəhərdə iki minalanmış avtomobil partladılıb. Onlardan biri bələdiyyə şurası binasının qarşısında, digəri isə avtobus dayanacağı yaxınlığında dayanmış olub.

Hələ ki, heç bir terror təşkilatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi