Yuxarı

​İraqda İŞİD rəhbərlərindən biri zərərsizləşdirilib

Əli Auni əl-Xərzi Mosul şəhərində öldürülüb

Bakı. 23 İyun. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələri 2012-ci ildə Liviyanın Benqazi şəhərində ölkənin diplomatik missiyasına hücum etməkdə şübhəli bilinən "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının əsas rəhbərlərindən birini zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu iddia ilə bazar ertəsi ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat xidməti çıxış edib.

İdarənin fərziyyəsinə görə, terrorçu Əli Auni əl-Xərzi iyunun 15-də İraqın Mosul şəhərinə endirilən havadan zərbə zamanı ölüb.

2012-ci ildə ABŞ-ın Benqazidəki diplomatik missiyasına silahlı hücum zamanı Tripolidəki səfir Kristofer Stivens də daxil olmaqla dörd nəfər həlak olmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi