İraqda İŞİD-in hücumu nəticəsində 10 hərbçi həlak olub

İraqda İŞİD-in hücumu nəticəsində 10 hərbçi həlak olub Terrorçular həmçinin 20 nəfəri yaralayıblar
Digər ölkələr
23 Aprel , 2017 22:58
İraqda İŞİD-in hücumu nəticəsində 10 hərbçi həlak olub

Bakı. 23 aprel. REPORT.AZ/ İraqın qərb hissəsində İŞİD terrorçularının hökumət qüvvələrinin karvanına hücumu nəticəsində 10 hərbçi həlak olub.

"Report"un məlumatına görə, bu barədə "France Presse" İraq komandanlığına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, müxtəlif silahlarla silahlanmış İŞİD terrorçuları Rutba şəhərində dinc sakinlərə və əsgərlərin müşayiət etdiyi hərbi nəqliyyata hücum edib.

"Onlar azı 10 nəfəri öldürüblər, 20 nəfəri yaralayıblar" – deyə İraq ordusunun polkovniki bildirib.

Bu məlumatı agentliyə açıqlamalarında digər şəxslər də təsdiqləyiblər. 

Son xəbərlər

Orphus sistemi