Bakı. 23 dekabr. REPORT.AZ/ İraqın Ramadi şəhərində "İŞİD" terrorçularının 60 yaraqlısı zərərsizləşdirilib.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Ənbar əyalətindəki əməliyyat mərkəzinin komandanı, general-mayor Qasım əl-Məhəmmədi Ramadinin çeşidli bölgələrində İraq ordusu ilə yaraqlılar arasında atşmanın davam etdiyini söyləyib.
O, qeyd edib ki, əməliyyat havadan İraq ordusu və müttəfiq güclərə məxsus döyüş təyyarələri tərəfindən dəstəklənib.