İraqda İŞİD-ə qoşulmuş iki britaniyalı həkim öldürülüb

İraqda İŞİD-ə qoşulmuş iki britaniyalı həkim öldürülüb Onlardan biri Mosulu tərk edən zaman zərərsizləşdirilib
Digər ölkələr
2 Mart , 2017 01:54
İraqda İŞİD-ə qoşulmuş iki britaniyalı həkim öldürülüb

Bakı. 2 mart. REPORT.AZ/ İŞİD terror təşkilatına qoşulmuş iki Böyük Britaniya vətəndaşı ötən bazar İraq ərazisində öldürülüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Krallığın Nottinhemşir qraflığından olan tibb işçiləri Əhməd Sami Khider və Hişam Fədlullah yaralılara kömək etməyi planlaşdıran gənclərdən ibarət qrupun tərkibində Suriyaya yollanıblar.

Sudan əsilli britaniyalılar orada İŞİD-ə qoşulublar.

Bildirilir ki, Khider Mosulu tərk etmək istəyərkən atışma zamanı ölüb. Digərinin hansı şəraitdə öldüyü bilinmir.

Son xəbərlər

Orphus sistemi