Yuxarı

İraqda hökumət qüvvələri Tikrit şəhərinə yaxınlaşıb

Tikrit şəhəri İD tərəfindən keçən ilin iyun ayında zəbt edilmişdi

Bakı. 3 mart. REPORT.AZ/ İraq rəsmiləri bəyan ediblər ki, 30 minlik hərbi birlik Tikrit şəhərinin ətrafında hücuma keçərək bir sıra məntəqəni terrorçu İslam Dövləti (İD) qruplaşmasından geri alıb. "Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, hücum əməliyyatlarında quru qoşunlarına qırıcı təyyarələr də dəstək verir.

Bağdadın şimalında yerləşən strateji əhəmiyyətə sahib Tikrit şəhəri İD tərəfindən keçən ilin iyun ayında zəbt edilmişdi.

Tikritdən şimal və cənubda döyüşlərin davam etdiyi xəbər verilir. Son məlumatlara görə döyüşlərdə 5 əsgər və 11 yaraqlı həlak olublar.

Tikritin ələ keçirilməsi İraqın ikinci böyük şəhəri hesab olunan Mosulun İD-dən geri alınmasına imkan verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi