Bakı. 4 yanvar. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində evsizlər üçün islah müəssisəsində yanğın baş verib.
“Report” “Əl-Sümariyyə” telekanalına istinadən xəbər verir ki, hadisə düşərgədəki dava-dalaş səbəbindən meydana çıxıb.
Yanğın nəticəsində 6 qadın dünyasını dəyişib.