İraqda hava zərbələri nəticəsində 70 dinc sakin həlak olub

İraqda hava zərbələri nəticəsində 70 dinc sakin həlak olub Yüzdən çox insan yaralanıb
Digər ölkələr
7 Dekabr , 2016 22:13
İraqda hava zərbələri nəticəsində 70 dinc sakin həlak olub

Bakı. 7 dekabr. REPORT.AZ/ İraqın Suriya ilə sərhəddə yerləşən Ənbar əyalətinin Əl-Qaim şəhərinə endirilən hava zərbələri nəticəsində 70 dinc sakin həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.

Aviazərbələr nəticəsində 100-dən çox insan yaralanıb.

Məlumata görə, hava zərbələrinə insanların sıx olduğu üç bazar məruz qalıb. Təkcə mərkəzi bazarda ölənlərin sayı 20 nəfər təşkil edib. Ölən və yaralananlar arasında çoxlu sayda qadın və uşaq var.

Bir məlumatda hava zərbələrinin İraq Hərbi Hava Qüvvələri tərəfindən, digər məlumatda isə Qərb koalisiyası aviasiyası tərəfindən endirildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi