İraqda güclü partlayış: 40 ölü, 56 yaralı

İraqda güclü partlayış: 40 ölü, 56 yaralı Hadisə Bağdad şəhərinin cənub-şərqində baş verib
Digər ölkələr
24 Dekabr , 2014 15:12
İraqda güclü partlayış: 40 ölü, 56 yaralı

Bakı. 24 dekabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərinin cənub-şərqində güclü partlayış baş verib. "Report" "Sky News Arabia" telekanalına istinadən xəbər verir ki, partlayış nəticəsində 40 nəfər həlak olub, 56 nəfər yaralanıb.

Yerli polisdən bildiriblər ki, terrorçu-kamikadze İraq ordusunun 42-ci briqadasının hərbi bazasında əmək haqqı almaq üçün növbəyə dayanan hərbçilər dəstəsinə daxil olub və partlayıcı qurğunu işə salıb.

BMT-nin İraqdakı missiyasının məlumatına əsasən, noyabr ayında 1232 nəfər terror aktı, hərbi əməliyyatlar və digər zorakılıq aktlarının qurbanı olub, 2434 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi