Yuxarı

​İraqda gedən döyüşlərdə 1 700 Rusiya vətəndaşı iştirak edir

Onların sayı 2014-cü ildə iki dəfə artıb

Bakı. 20 fevral. REPORT.AZ/ Təqribən 1 700 nəfər Rusiya vətəndaşı İraq ərazisində gedən döyüşlərdə iştirak edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hazırda Vaşinqtonda səfərdə olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov məlumat verib.

FTX direktorunun sözlərinə görə, 2014-cü il ərzində münaqişə zonasında döyüşən rusların sayı iki dəfə artıb. Onun məlumatına görə, ümumilikdə "İraq-Şam İslam Dövləti"nin (İŞİD) tərəfindən 100 ölkədən 20 min əcnəbi döyüşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi