İraqda etirazların gedişatında 59 nəfər xəsarət alıb

İraqda etirazların gedişatında 59 nəfər xəsarət alıb İraqın şərqindəki Vasit əyalətində Vasit universitetinin binası yaxınlığında təhlükəsizlik qüvvələri ilə tələbələr arasında qarşıdurma olub.
Digər ölkələr
13 Yanvar , 2020 03:11
İraqda etirazların gedişatında 59 nəfər xəsarət alıb

İraqın şərqindəki Vasit əyalətində Vasit universitetinin binası yaxınlığında təhlükəsizlik qüvvələri ilə tələbələr arasında qarşıdurma olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, toqquşmalar nəticəsində 59 nəfər xəsarət alıb. Onlardan 48-i polisdir.

Zərərçəkənlərin vəziyyəti haqqında məlumat verilmir.

İraqda dövlət əleyhinə aksiyalar ötən il oktyabrın 1-dən davam edir. İraqlılar işsizliyə və korrupsiyaya etiraz edirlər.

Ölkədə etirazların başlanğıcından 319 nəfər həlak olub, 15 mindən çox nümayişçi xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi